Arxiv Bölmələri: Xüsusi nəşrlər

“Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində” monoqrafiya çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın müəllifi olduğu “Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində” adlı monoqrafiya çapdan çıxıb. Yeni nəşr çoxəsrlik ənənələrə malik Naxçıvan ədəbi mühitində Şərq və

Azərbaycan dilinin və dilçiliyinin aktual mövzularını əhatə edən kitab çapdan çıxıb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” kitabının I cildi nəşr olunub. Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinə ithaf olunan əsər

Yeni monoqrafiya nəşr olunub

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiyası işıq üzü görüb. Nəşrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Cəlil Məmmədquluzadə yaradıcılığı milli yönümdən hərtərəfli təhlil

Naxçıvan Bölməsinin 2019-cu ilin biblioqrafıq göstəricisi işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində çalışan əməkdaşların 2019-cu ilin iş planına uyğun olaraq elmi fəaliyyətlərinin işıqlandırıldığı biblioqrafik göstərici nəşr olunub. Bölmənin sədri, akademik İsmayıl Hacıyevin təşəbbüsü və layihə rəhbərliyi ilə 2017-ci ildən etibarən işıq üzü görən vəsaitdə əməkdaşların Azərbaycanda, eləcə

“Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental kitab işıq üzü görüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun layihə rəhbərliyi ilə “Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental kitab nəşr olunub. Kitabın müəllifi, sənətşünas Nizami Alıyev, elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdir. Azərbaycan, ingilis və rus dilində işıq üzü görən nəşrin

“Axtarışlar” jurnalının cari ilə olan ilk sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan “Axtarışlar” jurnalının cari ilə olan ilk sayı işıq üzü görüb. Jurnalda Naxçıvan Bölməsi ilə yanaşı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti,

Naxçıvanın Eneolit dövrü abidələrinə həsr olunan kitab çap olunub

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Naxçıvanın Eneolit dövrü abidələri” adlı monoqrafiyası işıq üzü görüb. Vəsait Naxçıvan Muxtar Respublikası ərazisində 2010-2019-cu illərdə qeydə alınan və tədqiq edilən

“Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişaf perspektivləri” kitabı nəşr olunub

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və “İqtisadiyyat” şöbəsinin kiçik elmi işçisi Məhəmməd Süleymanovun Almaniyada yenicə nəşr olunmuş “Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişaf perspektivləri” adlı kitabı “Lambert”

“YENİ DÜNYA NİZAMI VƏ ONUN MAHİYYƏTİ” kitabı çap olunub

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Yeni Dünya Nizamı və onun mahiyyəti” kitabı işıq üzü görüb. Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 30 yanvar 2020-ci il tarixli qərarı

“ELMİ ƏSƏRLƏR” JURNALININ BU İLƏ OLAN İLK SAYI İŞIQ ÜZÜ GÖRÜB

AMEA Naxçıvan Bölməsinin ildə dörd dəfə çap olunan “Elmi əsərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb. İctimai və humanitar elmlər seriyasını əhatə edən nəşrdə Tarix və siyasət, Arxeologiya və Etnoqrafiya, Azərbaycan dili, Ədəbiyyat və Folklor, İncəsənət, İqtisadiyyat