Günlük məlumatlar: Yanvar 23, 2018

“20 Yanvar-azadlığımızın və milli iradəmizin simvolu” mövzusunda elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan “20 Yanvar-azadlığımızın və milli iradəmizin simvolu” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək SSRİ-nin ermənipərəst rəhbərliyinin Azərbaycan

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Seyid Səbrinin şəxsi arxivi yaradılıb

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda 2017-ci ilin sonlarından etibarən Naxçıvan Muxtar Respublikasının elm, ədəbiyyat, mədəniyyət və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması işinə başlanılıb. Artıq XX əsrin 20-70-ci illərində Naxçıvanın ictimai-siyasi, elmi və ədəbi-mədəni mühitində özünəməxsus izi olan Seyid Səbri (Əsədli)

AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrə həsr edilən tədbir keçirilib

AMEA Naxçıvan Bölməsinin 2017-ci ilin yekunları və qarşısında duran vəzifələrə həsr edilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ötən il Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafı, coğrafi şəraiti, potensial enerji mənbələri, biomüxtəlifliyi,

Naxçıvan Muxtar Respublikasında içməli, mineral və suvarma suları tədqiq olunur

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasında Naxçıvan Muxtar Respublikasının coğrafi baxımdan fərqli hissələrində yerləşən su mənbələrinin-içməli, mineral və suvarma sularının yararlılığı və onların səmərəli istifadəsi ilə bağlı elmi-tədqiqat işləri aparılır. Ötən il laboratoriyada Babək rayonunun

“Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı üç dildə nəşr olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən hazırlanan “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas” çap olunub. Atlasın müəllifləri-akademik İsmayıl Hacıyev (məsul redaktor), AMEA-nın müxbir üzvləri-Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Qadir Qədirzadə,

“İnteraktiv açıq dərs”də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan bəhs olunub

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti “İnteraktiv açıq dərs” baş tutub. Dərsdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsinin 2018-ci il üçün iş planı təsdiq olunub

AMEA Naxçıvan Bölmənin Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib. Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bölmənin elmi-təşkilati məsələləri barədə danışan akademik Rəyasət Heyətinin 2018-ci il üçün nəzərdə tutulan 35 maddədən

AMEA Naxçıvan Bölməsində elmin inkişafına böyük töhfələr vermək üçün gərgin səylər davam etdirilir. Cari ildə əldə edilən uğurlar bunun bariz təzahürüdür

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elmə göstərilən diqqət və qayğı ənənəsi bu gün Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilir. Elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına göstərilən xüsusi

“Azərbaycan tarixi nəsrində Naxçıvan” və “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı nəşrlərin təqdimatı olub

AMEA Naxçıvan Bölməsində bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları-Əli Həşimovun “Azərbaycan tarixi nəsrində Naxçıvan” və Aygün Orucovanın “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiyalarının təqdimatı olub. Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev

Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin xalqımıza əmanətidir

AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, dövlətçiliyimizin qorunması naminə həyata keçirdiyi daxili