Günlük məlumatlar: March 6, 2020

NAXÇIVAN BÖLMƏSİNDƏ 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Yığıncağı Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq qadınların cəmiyyətimizdəki mövqeyi və rolundan danışıb. Qeyd edib ki, Azərbaycan qadını bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal