AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

IMG-20161122-WA0000
Türkiyənin İstanbul Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunda görkəmli türk ədəbiyyatşünası Məhməd Fuad Köprülünün anım ildönümünü ilə əlaqədar “Fuad Köprülü: türkoloji və bəşəri bilimlər” mövzusunda beynəlxalq simpozium keçirilib.
İki gün davam edən beynəlxalq tədbirdə ölkəmizi AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev təmsil edib. O, “Fuad Köprülü yaradıcılığında Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi məsələləri” mövzusunda məruzə ilə çıxış edib.
Səfər çərçivəsində AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Türkiyənin İstanbul Universitetinin Türkiyyat Araşdırmaları İnstitutu arasında elmi əməkdaşlıq protokolu imzalamaq barədə razılıq əldə olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi