“Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfrans

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq 2017-ci il iyul ayının 7-8-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaqdır.

1. Tarix
2. Coğrafiya
3. Arxeologiya
4. Etnoqrafiya
5. Folklor
6. Dilçilik
7. Ədəbiyyat
8. Turizm
9. Mədəniyyət
10. Memarlıq
11. İncəsənət

Konfransda iştirak üçün məruzə mətninin qabaqcadan göndərilməsi əsasdır. Məruzələrə aid tələblərlə, qeydiyyat qaydası və digər məlumatlarla AMEA Naxçıvan Bölməsinin ameanb.nakhchivan.az saytından tanış ola bilərsiniz.
Beynəlxalq konfransda iştirak etmək istəyənlərin qısa tərcümeyi-halı məruzə mətni ilə birlikdə 31 may 2017-ci il tarixədək naxcivanturkislam@gmail.com ünvanına göndərilməlidir.
Beynəlxalq konfransa qatılanların mehmanxana və iaşə xərcləri Təşkilat Komitəsi tərəfindən qarşılanacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri yanında Bilik Fondu

Konfransda iştirak qaydaları:
Məqalələrin göndərilməsi və dəyərləndirilməsi: 15 iyun 2017-ci il
Konfransda yuxarıda qeyd edilən sahələrlə bağlı bütün tədqiqatçılar iştirak edə bilər. İştirak etmək istəyənlərdən məruzə mətnlərini 31 may 2017-ci il tarixədək naxcivanturkislam@gmail.com ünvanına göndərmələri xahiş olunur.
Məruzələrdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən məruzələr Elmi heyət tərəfindən dəyərləndirilərək seçiləcəkdir. Məruzələrin qəbulu haqqında məlumatlar iştirakçının qeydiyyatdan keçdiyi web səhifəsində elan ediləcəkdir.
Təqdimat
Konfransda hər bir məruzənin təqdim olunmasına 20 dəqiqə vaxt ayrılır.

Məruzə mətnlərinin hazırlanmasına dair yazı qaydaları
1. Məqalələr MS.Word proqramında, A4 kağız formatında, 12 pt və Times New Roman yazı formatı ilə yazılmalıdır.
2. Təqdim olunan məqalələrin həcmi 7-10 səhifədən artıq olmamalıdır.
3. Məqalənin həmmüəllifinin sayının ikidən artıq olması arzuolunmazdır.
4. Məqalənin keyfiyyətinə, orada göstərilən faktların səhihliyinə bilavasitə müəllif cavabdehdir.
5. Təqdim olunan məqalənin sağ küncündə “12”pt ölçüdə qalın və böyük hərflərlə müəllifin (müəlliflərin) adı və soyadı, 1 interval ara verməklə aşağıda işlədiyi təşkilatın adı “12”pt ölçüdə adi və kiçik hərflərlə yazılır (məs.: AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti). Yenə 1 interval ara verməklə müəllifin (müəlliflərin) elektron poçt ünvanı göstərilir. Bunlardan sonra 1 sətir boş buraxılaraq ortadan “12”pt ölçüdə qalın və böyük hərflərlə məqalənin adı yazılır.
6. Daha sonra bir sətir boş buraxılaraq məqalənin əvvəlcə Azərbaycan dilində olmaqla 2 dildə (Azərbaycan və ingilis dillərində) xülasələri verilir. Azərbaycan və ingilis dillərindəki xülasələrdən əvvəl sağ tərəfdə “12”pt ölçüdə məqalə müəllifinin (müəlliflərin) adı qalın kiçik, soyadı qalın böyük hərflərlə, məqalənin adı isə qalın böyük hərflərlə yazılır, sonra “12”pt ölçüdə adi hərflərlə xülasələrin mətni verilir. Hər xülasənin sonunda 10 sözü keçməməklə açar sözlər yazılır. “Açar sözlər” söz birləşməsi qalın hərflərlə yazılır.
7. Xülasələr və ədəbiyyat siyahısı 1, məqalənin mətni isə 1,5 interval ara ilə yazılmalıdır.
8. Mövzu ilə bağlı mənbələrə istinadlar olmalıdır və istifadə olunmuş ədəbiyyat siyahısı yazıldığı dildə “12”pt ölçülü, 1 interval ara ilə, kodlaşdırma üsulu və əlifba sırası ilə göstərilməlidir. “Ədəbiyyat” sözü səhifənin ortasında “12”pt ölçülü qalın və böyük hərflərlə yazılır.
9. Məqalələr kompakt disk (CD, DVD) və A4 kağızında çap variantı ilə tədqim olunmalıdır.
10. Təqdim olunmuş kompakt disk (CD, DVD) və A4 kağızında çap variantı geri qaytarılmır.

NAXÇIVANIN TÜRK-İSLAM MƏDƏNİYYƏTİ ABİDƏLƏRİ: TARİXDƏ VƏ GÜNÜMÜZDƏ
Beynəlxalq konfrans

Q E Y D İ Y Y A T F O R M A S I

SOYADI: ……………………………………………………………………………………………………………………………………….
ADI:………………………………………………………………………………………………………………………………………………
ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADI:………………………………………………………………………………………………….
İŞLƏDİYİ MÜƏSSİSƏ:………………………………………………………………………………………………………………….
VƏZİFƏSİ:…………………………………………………………………………………………………………………………………….
İŞLƏDİYİ MÜƏSSİSƏNİN ÜNVANI:……………………………………………………………………………………………..
ELEKTRON POÇT ÜNVANI:…………………………………………………………………………………………………………
TELEFON:…………………………………………………………………………………………………………………………………….
FAKS:…………………………………………………………………………………………………………………………………………….

TƏDQİQAT SAHƏSİ
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

MƏRUZƏNİN ADI VƏ MƏTNİ
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

AÇAR SÖZLƏR
………………………………………………………………………………………………………………………………………………………….

QISA TƏRCÜMEYİ HAL
……………………………………………………………………………………………………………………………………………………………

TƏQDİMAT ZAMANI İSTİFADƏ EDİLƏCƏK VASİTƏLƏR

SLAYT PROYEKTOR DİGƏR
O O O

ƏLAQƏ

Azərbaycan Respublikası/ Naxçıvan Muxtar Respublikası
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76
Tel.: +994 (036)-545-16-80
+994 (036)-544-09-64
Faks: +994 (036)-545-46-22
E-poçt: naxcivanturkislam@gmail.com
Web: ameanb.nakhchivan.az Turk-islam medeniyyeti abideleri