Batabat Astrofizika Rəsədxanası

Batabat Astrofizika Rəsədxanası
Ünvan AZ7000, Naxçıvan şəhəri, HeydərƏliyev prospekti, 35
Direktor

Xidmət tel

Mobil tel

Elektron poçtu Həziyev Qulu Əhməd oğlu
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
(+994 36) 544-69-85
(+995 77) 352-44-41

atcc55@mail.ru

Direktor müavi
Elmi katib
Yaranma tarixi

Müşahidə bazaları
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsadxanası(BAR)-ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyası Naxçvan Bölməsinin təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq Naxçıvan Bölməsinin tərkibində, Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi və Ağdərə Astronomiya stansiyasının maddi-texniki bazası əsasında yaradılan elmi-tədqiqat müəssisəsidir. Rəsədxananın elmi fəaliyyəti müasir astronomiyanın fundamental tədqiqatlarının prioritet istiqamətlərini əhatə edir. Hazırda BAR Azərbaycanda Şamaxı Astrofizika Rəsədxanasından sonar yaradılan ikinci rəsədxanadır. Rəsədxana şəhər bazasından (Naxçıvan şəhəri) və iki müşahidə bazasından: Batabat və Ağdərə stansiyalarından ibarətdir. Rəsədxananın əməkdaşları Günəş fizikası, ulduz fizikası, komet fizikası və göy mexanikası sahəsində tədqiqatlar aparır, Günəş sisteminin kiçik cisimlərinin-komet və asteroidlərin mövqe və fotometrik müşahidələri ilə məşğul olurlar. 2007-ci ildə Batabat stansiyasında yeni inzibati bina tikilib və istifadəyə verilib. Binanın kupolu altında Seyss-600 teleskopu yerləşir. Hazırda Seyss-600 teleskopunun işıq qəbulediciləri modernləşdirilir.

• Batabat stansiyası (Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Batabat yaylası)
Koordinatlar: 39°31′48″ en.45°46′53″ uz. Dəniz səviyyəsindən hünd. ~ 2060 m.
• Ağdərə stansiyası: (Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Ağdərə qəsəbəsi)
Koordinatlar: 39°06′33″ en. 45°54′54″ uz. Dəniz səviyyəsindən hünd. ~2100 m.

Əsas fəaliyyət istiqaməti Səma cisimlərinin dinamikası və fizikası
Əsas elmi nəticələr 1.Günəşdəki irimiqyaslı maqnit sahələrində aşkar olunmuş kvaziikiillik dövrü rəqslər Günəşdəki maqnit sahələrinin qeyri-simmetrik xüsusiyyətləri ilə bağlıdır.
2.Günəş spikullarının dispersiyaya meyli dövrü olaraq dəyişir və bu dəyişmə spikulların fırlanma hərəkəti ilə bağlıdır.
3.Uzun periodlu kometlərin perihelilərininən yüksək konsentrasiyası ekliptika müstəvisinə perpendikulyar müstəvi ətrafında mövcuddur.
4. Günəş sisteminin 55 a.v., 110 a.v., 80 a.v. və 170 a.v. məsafələrində ən azı dörd planet cisminin olmasıe htimalı vardır.
İşçilərinin ümumi sayı 21

Səma cisimlərinin mövqe müşahidələri şöbəsinin müdiri

Xidmət tel (+994 36) 544-69-85

Mobil tel (+994 50) 633-75-38

Elektron poçtu

Səma cisimlərinin fotometriyası şöbəsinin müdiri
Məmmədli Azad Hidayət oğlu
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
Xidmət tel (+994 36) 544-69-85
Mobil tel 50) 585-82-01
Elektron poçtu azad_mammadli@yahoo.com

Struktur bölmələr
Elmlər doktorları
Fəlsəfə doktorları 3