Naxçıvan xanlığının tarixindən bəhs edən interaktiv dərs keçirilib

“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi vəNaxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə bölmədə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında cari ilin ilk açıq dərsi təşkilolunub.Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yenitarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin“Azərbaycanda xanlıqların yaranması: Naxçıvan xanlığı” mövzusunda apardığıdərsdə şagirdlərə Azərbaycan xanlıqlar arasında özünəməxsus yeri olan Naxçıvanxanlığının yaranması, ərazi bölgüsü, idarə sistemi, dövlət atributları, orduquruculuğu, diplomatik münasibətləri və Türkmənçay müqaviləsi haqqında genişməlumat verilib. Bildirilib ki, Naxçıvan xanlığının əsasını Nadir şah Əfşarınölümündən sonra 1747-ci ildə Kəngərli tayfasından olan Heydərqulu xan qoyub.Tədqiqatçı alim Naxçıvan xanlığının ərazisi 1747-1797-ci illərdə 9428,7 km2,1798-1828-ci illərdə isə 4642, 83km2 olduğunu deyib.Musa Quliyev Naxçıvan xanlığının qonşu xanlıqlar və dövlətlərlə yaratdığıəlaqələrdən bəhs edərək xanlığın mərkəzi Naxçıvan şəhərinin Orta və Yaxın Şərqölkələrindən Rusiya və Avropaya gedən ticarət yollarının üstündə yerləşdiyini vənəticədə bir çox ölkələrin hədəfində olduğunu diqqətə çatdırıb. Alim tarixi faktlarınNaxçıvan və İrəvan xanlıqlarının qədim Azərbaycan torpaqları olduğunu sübutetdiyini deyib.Ümummilli lider Heydər Əliyevin “Mən daha çox istərdim ki, Naxçıvanxanlığının tarixi çox gözəl yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var. Buxanlıq nə vaxt yaradılıbdır, fəaliyyəti nədən ibarət olubdur? Axı, Naxçıvanı idarəediblər. İrəvan xanlığı var. Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-biri ilə çox bağlı
idi… Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan xanlığına gedibçıxacaqsınız…” sözlərini xatırladan Musa Quliyev Naxçıvan xanlığının tarixininhərtərəfli araşdırılmasının ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyidövrdən (1969-cu ildən) başlandığını söyləyib. İnteraktiv dərs ümumilikdə muxtar respublikanın 215 ümumtəhsilməktəbində izlənilib.AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəs