Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” əsərinə həsr olunan konfrans keçirilib

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitututərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruriolan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamı çərçivəsindəNəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərinə həsr olunan elmi konfrans keçirilib.Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək dünya şöhrətlimütəfəkkir, görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusinin həyat vəyaradıcılığından, zəngin irsindən, filosofun qiymətli əsərlərindən ətraflı bəhs edib.Bildirib ki, Tusi yaradıcılığının əsasını insan əxlaqının saflaşdırılması ideyası təşkiledir. N. Tusinin şəxsi kitabxanasında 400 min nəşrin olduğunu deyən akademikgörkəmli alimin bilik əldə etməkdə və insanın kamilləşməsində mütaliəyə xüsusiönəm verdiyini söyləyib.İsmayıl Hacıyev Tusinin ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvibaxımından xüsusi əhəmiyyətə malik olan “Əxlaqi-Nasiri” əsərinin müasir dövrdədə öz aktuallığını qoruduğunu vurğulayıb.Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Nəsirəddin Tusinin həyatı və yaradıcılığı”,Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfədoktoru Qulu Həziyevin ““Əxlaqi-Nasiri” əsərinin yazılma tarixi”, İncəsənət, Dilvə Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrəfəlsəfə doktoru Ramiz Qasımovun “Şair və ədəbiyyatşünas Nəsirəddin Tusi”,Əlyazmalar Fondunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Səbuhiİbrahimovun ““Əxlaqi-Nasiri”də ictimai münasibətlər”, İncəsənət, Dil vəƏdəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük laborantı SahabƏliyevanın ““Əxlaqi-Nasiri” didaktik əsər kimi” mövzusunda məruzələri
dinlənilib. Qeyd olunub ki, görkəmli alimin “Əxlaqi-Nasiri” əsəri gələcək nəsillərüçün də qürur və iftixar mənbəyi olaraq qalacaq. Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru,AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı,kimya elmləri doktoru Bayram Rzayev və digərləri çıxış edərək orta əsrmənbələrində, həmçinin müsəlman kitabələrində Ordubad şəhərində yaşayan Tusinəslindən olan şəxsiyyətlər barəsində məlumatları diqqətə çatdırıblar.AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi