“Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiyaçapdan çıxıb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutununDilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiyası işıq üzü görüb. “178 001Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru və önsözünün müəllifi AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur. Üç fəsil, nəticə, xülasə və ədəbiyyat siyahısından ibarət olan yeni nəşrAzərbaycan dilinin dialektologiyası fonunda Naxçıvan bölgəsinə həsr olunub.Monoqrafiyada Naxçıvanın dialekt və şivələrin, zəngin dil faktları əsasında sözyaradıcılığının müqayisəli-tipoloji, struktur-semantik təhlili verilib, həmçinin ədəbidillə əlaqəsi və digər bu kimi məsələlər ətraflı araşdırılıb. Tədqiqat əsəri Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi,lüğətçilik, şifahi söz sənəti, o cümlədən xalqımızın soykökü, etnoqrafiyası, tarixiüçün xüsusilə faydalıdır. Monoqrafiya gələcək tədqiqatlar üçün də əhəmiyyətli elmi istiqamətdir.AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi