Gənc alim “Qeyri üzvü kimya” jurnalının redaksiya heyətinə üzv, həmçinin beynəlxalq elmi konfransa rəyçi seçilib

Mamedova

Reviewer Certificate

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının (Cambridge Scholars Publishing) “Qeyri üzvü kimya” jurnalının məsləhətçi redaksiya heyətinin üzvü seçilib.
Qeyd edək ki, Günel Məmmədovanın əsas elmi fəaliyyət istiqamətləri qeyri-üzvi birləşmələrin (seolitlərin) quruluşlarının öyrənilməsi və onun əsasında yeni materialların məqsədli sintezinin həyata keçirməsidir. Gənc alimin elmi-tədqiqat işlərinin nəticələri Azərbaycanda və xaricdə çap olunan bir sıra nüfuzlu jurnallarda dərc edilib.
Bu günlərdə həmçinin Günel Məmmədova Çinin Hangzhou şəhərində iyun ayının 15-17-də keçiriləcək “Ətraf mühit və geoelm” beynəlxalq konfransına rəyçi seçilib.
Qeyd edək ki, bölmə əməkdaşı yüksək keyfiyyətli elmi əsərlərinə görə İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının “Qeyri üzvü kimya” jurnalının məsləhətçi redaksiya heyətinə üzv, o cümlədən beynəlxalq elmi konfransa rəyçi seçilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi