“Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və Naxçıvan” mövzusunda interaktiv dərs keçirilib

IMG_9074

IMG_9074

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri cənab Vasif Talıbovun 31 Yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və Naxçıvan” mövzusunda interaktiv dərs keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən növbəti açıq dərsi bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov aparıb. O, bildirib ki, tarixdə Azərbaycan xalqı bir əsrdə 4 dəfə ermənilər və onların havadarları tərəfindən soyqırımlara, deportasiyaya məruz qalıb.
Qeyd olunub ki, hadisələrin tötədilməsinin kökündə də azərbaycanlıları əzəli və əbədi torpaqlarından təmizləmək və bu ərazilərdə özlərinə dövlət yaratmaq məqsədi dayanıb.
Məlumat verilib ki, ХХ yüzilliyin 20-ci illəri Nахçıvаn üçün çətin bir dövr оlub. 1918-1921-ci illərdə еrmənilər Аzərbаycаnın bir sırа bölgələri ilə yanaşı Naxçıvanda da qətlər törədib, Türk və İslam mədəniyyəti abidələrini məhv ediblər.
Bildirilib ki, ermənilərin Naxçıvanda qətliamlar törətməsinə Andranik Ozanyan, Dro, Njde, Doluxanov və digər cəlladlar başçılıq edib. Təkcə Andranikin dəstəsi 4 min piyada, 2 min süvaridən ibarət olub. Dəstə Naxçıvan şəhərində, o cümlədən Babək, Sədərək, Şahbuz, Culfa rayonlarında və digər yaşayış məntəqələrində vəhşiliklər törədib.
Yaşar Rəhimov uzun müddət Nаxçıvаnı işğal etməyə cəhd göstərən еrməni dаşnаklаrının bu xülyаlаrını rеаllаşdırа bilmədiklərini, məğlub olaraq geri çəkildiklərini vurğulayıb. Qeyd edib ki, bölgə əhаlisi çətinliklərə, təqiblərə, müsibətlərə sinə gərərək еrməni silаhlı quldur dəstələrinə lаyiqli cаvаb vеriblər.
Şagirdlərin diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı onun milli tarixi yaddaşımızın bərpası, faciəyə siyasi-hüquqi qiymət verməsi baxımından mühüm xidmətlərindən biridir.
Vurğulanıb ki, bununla yanaşı, Prezident cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci ildə imzaladığı Sərəncam Azərbaycan xalqının başına gətirilən soyqırımı cinayətlərinin mahiyyətinin açıqlanması və pərdə arxası məqamların araşdırılaraq təhlil edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Açıq dərs muxtar respublikanın 210 ümumtəhsil məktəbində izlənilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi