“Xəbərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin baş redaktorluğu ilə hazırlanan “Xəbərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb.
İldə dörd dəfə çap olunan jurnalın yeni sayı İctimai və humanitar elmlər seriyasıdır.
Nəşrin Tarix, Arxeologiya və etnoqrafiya, Azərbaycan dili, Folklor və ədəbiyyat, İncəsənət, İqtisadiyyat adlı bölmələrində 45 müəllifin müxtəlif səpkili mövzuları əhatə edən elmi məqalələri yer alıb. Belə ki, jurnalda “Naxçıvanın Atropatena dövlətində yeri və roluna dair”, “2018-ci il üçün islam mədəniyyətinin paytaxtı-Naxçıvan şəhəri”, “Naxçıvan təpə yaşayış yerində arxeoloji qazıntılar”, “Naxçıvan dialekt və şivələrində işlənilən bəzi köməkçi nitq hissələri haqqında”, “Muxtar Qasımzadənin “Nuhçıxandan gəlirəm” və “Yaddaş çırağı” şeirlər silsiləsində Naxçıvan abidələrinin bədii əksi”, “XIX əsrin sonu-XX əsrin əvvəlləri Naxçıvana dair bəzi tarixi əlyazma salnamələri”, “Naxçıvan yallıları: Köçəri yallısı”, “Qastronomiya turizminin Naxçıvan Muxtar Respublikasında inkişaf perspektivləri” və digər başlıqlı məqalələr dərc olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi