“Molla Nəsrəddin” jurnalının 112-ci ildönümünə həsr olunan elmi konfranskeçirilib

AMEA Naxçıvan Bölməsində Azərbaycan mətbuat tarixinin inkişafındamüstəsna rol oynayan “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çapdançıxmasının ildönümü ilə əlaqədar elmi konfrans keçirilib.Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq jurnalınınyaradıcısı, görkəmli ədib Cəlil Məmmədquluzadənin həyat və fəaliyyindən, nəşrinmilli mətbuatımızın inkişafında yeri və rolundan ətraflı söz açıb. Daha sonar bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru,AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev ““Molla Nəsrəddin” və dil məsələsi”,Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent RamizQasımov ““Molla Nəsrəddin” jurnalı: yaranışı və ənənələri”, həmin şöbənin böyükelmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova ““Molla Nəsrəddin” şeirməktəbinin banisi Cəlil Məmmədquluzadə” və filologiya üzrə fəlsəfə doktoru ƏliHəşimov ““Molla Nəsrəddin” jurnalı və naxçıvanlı müasirləri” mövzusundaməruzə ilə çıxış ediblər. Qeyd olunub ki, 1906-cı il aprelin 7-dən nəşrə başlayan “Molla Nəsrəddin”jurnalı “Əkinçi”dən başlanılan milli mətbuatçılıq ənənələrini davam etdirməkləbərabər Azərbaycan mətbuatı və jurnalistikasına yeni ənənələr gətirib,zənginləşdirib. Müəyyən fasilələrlə 25 il nəşr olunan jurnal 1906-1918-ci illərdəTiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isəBakıda nəşr olunub. Diqqətə çatdırılıb ki, milli ideyalılığı, xalqa bağlılığı, xalq yaradıcılığıənənələrinə sədaqəti, ana dilinə məhəbbəti, eləcə də müasirliyi və bəşəri dəyərləritəbliğ edən jurnalın 748 nömrəsi çapdan çıxıb. Bundan əlavə, “Molla Nəsrəddin”satirik jurnalı Azərbaycan ictimai fikri tarixində misilsiz xidmətləri olan MirzəƏləkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir
Çəmənzəminli, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Mirzə ƏliMöcüz və başqa görkəmli simaları ətrafında birləşdirib.Bildirilib ki, 1918-ci ildə elan olunan Azərbaycan Xalq Cümhuriyyətininyaradılmasında “Molla Nəsrəddin” jurnalının da xidmətləri əvəzsizdir. Azərbaycanxalqının inkişafı yolunda göstərdiyi xidmətlərə görə ümummilli lideri HeydərƏliyev və ölkə Prezidenti İlham Əliyev “Molla Nəsrəddin” jurnalını və onunredaktoru Cəlil Məmmədquluzadə irsini yüksək qiymətləndirib. Vurğulanıb ki, “Molla Nəsrəddin” jurnalı “Şərq həyatının ensiklopediyası”adlana biləcək bir məcmuə kimi keçdiyi keşməkeşli mübarizə və mücadilə yolununmillətimizin qarşısındakı böyük xidmətlərinə görə heç zaman öz aktuallığınıitirməyəcək, həmişə də yaddaşlarda düşünən və düşündürən publisistika kimiqalacaq.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi