AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilibAMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçılarıgündəlikdəki məsələlərlə tanış edib. Akademik çıxışında “Naxçıvan: İslammədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri vətəşkilat komitəsinin yaradılması ilə bağlı iştirakçılara məlumat verib. Bölmə sədri daha sonra konfransın elmi istiqamətinin müəyyən edilməsi vəictimaiyyətə təqdim olunması barədə tapşırıqlar verib. Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutununƏdəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent RamizQasımov “XI əsrdə Naxçıvanda ədəbi mühit: Qətran Təbrizi” mövzusunda məruzəilə çıxış edib. Məruzəçi Naxçıvan diyarının müxtəlif dövrlərdə özünəməxsus ədəbimühitinin olmasından bəhs edərək XI yüzillikdə yaşamış, ədəbi-bədii yaradıcılığıilə məktəb yaratmış və ictimai-siyasi fəaliyyəti ilə böyük nüfuz qazanmış QətranTəbrizinin Naxçıvana səfərindən ətraflı danışıb. Mövzu ətrafında geniş fikirmübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.Daha sonra Azərbaycan Respublika Prezidenti yanında Elmin İnkişafıFondunun maliyyələşdirdiyi qrant layihəsinin yerinə yetirilməsi ilə bağlı layihərəhbərləri, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyevvə Vəli Baxşəliyev çıxış ediblər.Tədbirdə, həmçinin bölmənin Batabat Astrofizika Rəsədxanasının müdiri,fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev rəhbərlik etdiyimüəssisənin yeni yaradılan www.ameanbbar.nakhchivan.az veb saytı haqqındaümumi məlumat verib. Bildirib ki, Azərbaycan dilində hazırlanan saytın ingilis diliversiyası üzərində iş aparılır.
Akademik İsmayıl Hacıyev yeni yaradılan saytın təkminləşdirilməsi vəbölmənin digər elmi-tədqiqat müəssisələrinin də saytlarının yaradılması ilə bağlıinstitut direktorlarına tapşırıqlarını verib. İclasda Bölmənin Bioresurslar İnstitutunun biologiya üzrə elmlər doktoruİsmayıl Məmmədov bölmənin “Xəbərlər” jurnalının redaksiya heyətinə üzv seçilib.Gündəliyə çıxarılan digər məsələ bölmənin Elmi-tədqiqat müəssisəsindəkiçik elmi işçi vəzifəsinə keçirilən işçilərin elmi tədqiqat işlərinin vəziyyətibarəsində olub. İclasda bölmənin elmi tədqiqat müəssisələrinə yeni işə götürənlərləbağlı elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə məlumat verib.O, 2017-ci ilin yanvar ayından bu günə qədər 40 əməkdaşın işə qəbul edildiyinionların da 13 nəfərinin kiçik elmi işçi vəzifəsinə təyin olunduğunu bildirib. Sonra13 nəfər kiçik elmi işçi fəaliyyətləri dövründə gördükləri işləri heyət üzvlərinindiqqətinə çatdırıb. Sonda cari məsələlər müzakirə olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi