“Heydər Əliyev lektoriyаsı”nın 78-ci məşğələsi “Ümummilli liderHeydər Əliyev və Azərbaycan Respublikasının təbiəti” mövzusuna həsr edilib

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyevlektoriyаsı”nda müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider HeydərƏliyevin həyat və çоxşaxəli siyasi fəaliyyəti ilə bağlı müxtəlif mövzulardatədbirlər keçirilir. Lektoriyanın növbəti, sayca 78-ci məşğələsi “Ümummilli lider HeydərƏliyev və Azərbaycan Respublikasının təbiəti” mövzusuna həsr olunub. Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ulu öndər HeydərƏliyevin Azərbaycan təbiətinə daim xüsusi önəm verdiyini söyləyib. O, dahiliderin ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi üçün müxtəlifillərdə qəbul etdiyi qanun və qərarlardan, ölkəmizdə qoruq və yasaqlıqlarınyaradılmasının əhəmiyyətindən danışıb. İsmayıl Hacıyev vurğulayıb ki, ulu öndərin müdrik siyasətini davam etdirənPrezident cənab İlham Əliyev təbiətə dövlət qayğısını daim diqqət mərkəzindəsaxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar yeni proqramlar hazırlanır. Dövlətbaşçısının imzası ilə həyata keçirilən bu proqramlar təbiətimizin daha dazənginləşməsindən, təbii sərvətlərimizin etibarlı və effektli mühafizəsindən xəbərverir.Lektoriyada “Ümummilli lider Heydər Əliyev və AzərbaycanRespublikasının təbiəti” mövzusunda məruzə ilə çıxış edən bölmənin Bioresurslarİnstitutunun direktoru, akademik Tariyel Talıbov bildirib ki, ulu öndər HeydərƏliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada həyatakeçirilən qlobal təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olub.Həmin illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istiadəyədair çox mühüm 8 qanun və 32 qərar qəbul olub. Dahi liderin ikinci dəfəhakimiyyətə gəlməsilə Azərbaycan təbiətinin müdafiəsi, onun bərpası və
zənginləşdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər davametdirilib. Akademik Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, təbiəti, floravə faunası, mühafizə olunan təbiət əraziləri barədə də məlumat verib, son illərdəonların qorunması istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışıb. Qeydolunub ki, 1990-1993-cü illərdə-görkəmli dövlət xadimi Heydər ƏliyevinNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində olduğu dövrlərdəmuxtar respublikada ilk dəfə olaraq iməciliklərə start verilmiş, yaşıllaşdırmaişlərinə bu kompleks yanaşma tədbirləri gözəl ənənəyə çevrilmişdir. Bioresurslarİnstitutunun direktoru məruzədə institutda təbiətin əsrarəngiz zənginliyininöyrənilməsini, onun mühafizəsinə dair tədqiqatların aparıldığını da diqqətəçatdırıb.Sonda tədbir iştirakçılarının sualları cavablandırıb.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi