AMEA Naxçıvan Bölməsində iki monoqrafiyanın təqdimatı olub

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunundirektoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Orxon-Yenisey yazılıabidələrində feilin təsriflənməyən formaları” və Dilçilik şöbəsinin aparıcı elmiişçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialektvə şivələrinin tədqiqi məsələləri” adlı monoqrafiyalarının təqdimatı olub.Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq yeni nəşrlərinelmi dəyərindən bəhs edib. Bildirib ki, Azərbaycan dilçilik elminin inkişafındaxüsusi xidmətləri olan AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev qədim türk yazılıabidələrinin Azərbaycanda əsas tədqiqatçılarından biridir. Onun orta əsrlərdəkitürk dilləri və abidələri, eyni zamanda Naxçıvan dialekt və şivələrinin tədqiqinədair onlarla sanballı elmi əsərləri, o cümlədən yeni monoqrafiyası dilçilikelmimizin dəyərli nümunələridir. Daha sonra akademik “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri”monoqrafiyanın yazılmasının əhəmiyyətindən, müasir dövr üçün aktuallığındansöhbət açaraq yeni nəşri tədqiqatçı alimin son illərdə apardığı məhsuldartədqiqatların uğurlu nəticəsi kimi dəyərləndirib.İsmayıl Hacıyev hər iki müəllifə gələcək elmi fəaliyyətlərində uğurlararzulayıb.Mərasimdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsininmüdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Orxon-Yeniseyabidələrində feilin təsriflənməyən formalarının tədqiqi məsələləri” mövzusundaməruzəsi dinlənilib. Qeyd olunub ki, rus dilində Almaniyada işıq üzü görən nəşrdəqədim türk yazılı abidələrindəki feilin təsriflənməyən formalarının beynəlxalqmiqyasda tədqiqi tarixindən, abidələrdəki feili sifət şəkilçiləri, onların etimologiya,
atributiv, predikativ və substantiv funksiyada işlənmə xüsusiyyətlərindən əhatəlibəhs olunur. Abidələrindəki feili bağlama və feili sifət kateqoriyaları Azərbaycandili və digər Oğuz türk dilləri ilə tarixi-müqayisəli planda tədqiq edilir.Daha sonra “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri”monoqrafiyası haqqında AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin məruzəsidinlənilib. Məruzəçi Azərbaycan dilinin dialektologiyası fonunda Naxçıvanbölgəsinə həsr olunan yeni nəşrdə Naxçıvanın dialekt və şivələrin, zəngin dilfaktları əsasında söz yaradıcılığının müqayisəli-tipoloji, struktur-semantik təhliliverildiyini, həmçinin ədəbi dillə əlaqəsi və digər bu kimi məsələlər ətraflıaraşdırıldığını diqqətə çatdırıb. Dilçi alim bildirib ki, tədqiqat əsəri Azərbaycandilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçilik, şifahi söz sənəti üçünxüsusilə faydalıdır. Tədbirdə Onomastika şöbəsinin böyük laborantı Aysel Eminova və şöbəninkiçik elmi işçisi Cəmilə Məhərrəmova mövzu ətrafında çıxış edərək ictimaiyyətətəqdim olunan hər iki monoqrafiyanın dəyərli nəşrlə yanaşı gələcək tədqiqatçılarüçün də əvəzolunmaz bir material olduğunu bildiriblər.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi