Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev-95” adlı sərgi açılıb

IMG_9092-23-04-18-14-35
AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi, ümummilli lider Hеydər Əliyеvin anadan olmasının 95 illiyi münasibətilə sərgi təşkil olunub.
“Heydər Əliyev-95” adlı sərgidə ulu öndər Heydər Əliyevin şərəfli həyat yolunun və siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kitablar nümayiş olunur. Burada „Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Heydər Əliyev siyasəti: tariximizdə və günümüzdə”, „Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, „Siyasətdə Naxçıvan dərsləri”, „Zamanı qabaqlayan dahi”, „Heydər Əliyev və Naxçıvan tarixi məsələləri”, „Heydər Əliyev: müstəqilliyimiz əbədidir”, „Qaydış”, „Heydər Əliyev ideyaları işığında”, „İnkişaf və tərəqqinin Heydər Əliyev modeli” və digər kitablar sərgilənir. Həmçinin müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc edilən yazılar təqdim olunur.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi