Naxçıvan Bölməsində qarşıda duran vəzifələrdən danışılıb

IMG_0943
AMEA Naxçıvan Bölməsində 2019-cu ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan tədbir keçrilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev şöbə və laboratoriyaların komplektləşdirilməsi, ixtisaslı elmi kadrların hazırlanmasına diqqətin artırılması, elmi tədqiqatların kefiyyətinin yüksəldilməsi və tətbiqyönülü işlərin həyata keçirilməsinin cari ildə qarşıda duran əsas vəzifələr olduğunu bildirib. Qeyd edib ki, 2019-cu ildə, həmçinin Naxçıvan Muxtar Respublika ərazisində etnoqrafik və epiqrafiq, onomastik, dialektoloji və folklor, flora və fauna, o cümlədən qədim çap kitab və əlyazmaların toplanılması üçün elmi ekspedisiyaların aparılması, habelə qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, ümumiləşdirici əsərlərin, monoqrafiya və kitabların hazırlanması əsas məsələlərdəndir.
Elmlə təhsilin inteqrasiyasından söz açan İsmayıl Hacıyev bölmənin elmi dərəcəli əməkdaşları ayda bir dəfə ümumtəhsil məktəblərdə nümunəvi dərslərdə, bununla yanaşı interaktiv və açıq dərslərdə iştirakının zəruriliyini vurğulayıb. O, beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlarda əməkdaşların iştirakı, xarici ölkələrin və respublikanın elm, təhsil və digər müəssisələr ilə əməkdaşlığın genişləndirilməsi, muzey və arxivlərdə araşdırmaların aparılması və digər tədbirlərin həyata keçirilməsi barədə tapşırıq verib.
Sonra bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək rəhbərlik etdikləri qurumun vəzifələri və görülmüş işlər haqqında məlumat verib, il ərzində həyata keçirilməsi planlaşdırılan məsələləri müzakirə ediblər.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi