“Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” beynəlxalq konfrans

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Gör¬kəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 2018-ci il 29 oktyabr tarixli Sərəncam imzalamış və Tədbirlər Pla¬nı təsdiq etmişdir. Tədbirlər Planına uyğun olaraq 2019-cu il iyul ayının 5-7-də “Görkəmli Azərbaycan mütəfəkkiri:Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə keçirilən konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaqdır.

1. Nemətullah Naxçıvani: dövrü və mühiti
2. Nemətullah Naxçıvaninin həyatı və yaradıcılığı
3. Nemətullah Naxçıvani və islam mədəniyyəti
4. Nemətullah Naxçıvani irsi və tərcümə məsələləri
5. Nemətullah Naxçıvani və təsəvvüf fəlsəfəsi
6. Nemətullah Naxçıvani və Türkiyə

Konfransda iştirak üçün məruzə mətninin qabaqcadan göndərilməsi əsasdır. Məruzələrə aid tələblərlə, qeydiyyat qaydası və digər məlumatlarla AMEA Naxçıvan Bölməsinin www.ameanb.nakhchivan.az saytından tanış ola bilərsiniz.
Beynəlxalq konfransda iştirak etmək istəyənlərin qısa tərcümeyi-halı məruzəsinin tam mətni ilə birlikdə 31 may 2019-cu il tarixədək ameanb15@gmail.com ünvanına göndərilməlidir.
Beynəlxalq konfransa qatılanların mehmanxana və iaşə xərcləri Təşkilat Komitəsi tərəfindən qarşılanacaqdır.
QEYD: Konfransa təqdim olunan məruzə mövzularının adı 15 may 2019-cu il tarixədək Təşkilat Komitəsinə təqdim olunmalıdır.

Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri yanında Bilik Fondu,
AMEA Naxçıvan Bölməsi

Konfransda iştirak qaydaları:
Məqalələrin göndərilməsi və dəyərləndirilməsi: 31 may 2019-cu il
Konfransda yuxarıda qeyd edilən sahələrlə bağlı bütün tədqiqatçılar iştirak edə bilər. İştirak etmək istəyənlərdən məruzələrinin tam mətnlərini 31 may 2019-cu il tarixədək ameanb15@gmail.com ünvanına göndərmələri xahiş olunur.
Məruzələrdə elmi yenilik, səmərəlilik və faydalılıq olmalıdır. Konfransa göndərilən məruzələr Elmi heyət tərəfindən dəyərləndirilərək seçiləcəkdir. Məruzələrin qəbulu haqqında məlumatlar iştirakçının qeydiyyatdan keçdiyi ameanb15@gmail.com səhifəsində elan ediləcəkdir.
Təqdimat
Konfransda hər bir məruzənin təqdim olunmasına 20 dəqiqə vaxt ayrılır.

Məruzə mətnlərinin hazırlanmasına dair yazı qaydaları
1. Məqalələr MS.Word proqramında, A4 kağız formatında, 12 pt və Times New Roman yazı formatı ilə yazılmalıdır.
2. Təqdim olunan məqalələrin həcmi 7-10 səhifədən artıq olmamalıdır.
3. Məqalənin həmmüəllifinin sayının ikidən artıq olması arzuolunmazdır.
4. Məqalənin keyfiyyətinə, orada göstərilən faktların səhihliyinə bilavasitə müəllif cavabdehdir.
5. Təqdim olunan məqalənin sağ küncündə “12”pt ölçüdə qalın və böyük hərflərlə müəllifin (müəlliflərin) adı və soyadı, 1 interval ara verməklə aşağıda işlədiyi təşkilatın adı “12”pt ölçüdə adi və kiçik hərflərlə yazılır (məs.: AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti). Yenə 1 interval ara verməklə müəllifin (müəlliflərin) elektron poçt ünvanı göstərilir. Bunlardan sonra 1 sətir boş buraxılaraq ortadan “12”pt ölçüdə qalın və böyük hərflərlə məqalənin adı yazılır.
6. Daha sonra bir sətir boş buraxılaraq məqalənin əvvəlcə Azərbaycan dilində olmaqla 2 dildə (Azərbaycan və ingilis dillərində) xülasələri verilir. Azərbaycan və ingilis dillərindəki xülasələrdən əvvəl sağ tərəfdə “12”pt ölçüdə məqalə müəllifinin (müəlliflərin) adı qalın kiçik, soyadı qalın böyük hərflərlə, məqalənin adı isə qalın böyük hərflərlə yazılır, sonra “12”pt ölçüdə adi hərflərlə xülasələrin mətni verilir. Hər xülasənin sonunda 10 sözü keçməməklə açar sözlər yazılır. “Açar sözlər” söz birləşməsi qalın hərflərlə yazılır.
7. Xülasələr və ədəbiyyat siyahısı 1, məqalənin mətni isə 1,5 interval ara ilə yazılmalıdır.
8. Mövzu ilə bağlı mənbələrə istinadlar olmalıdır və istifadə olunmuş ədəbiyyat siyahısı yazıldığı dildə “12”pt ölçülü, 1 interval ara ilə, kodlaşdırma üsulu və əlifba sırası ilə göstərilməlidir. “Ədəbiyyat” sözü səhifənin ortasında “12”pt ölçülü qalın və böyük hərflərlə yazılır.

GÖRKƏMLİ AZƏRBAYCAN MÜTƏFƏKKİRİ:NEMƏTULLAH NAXÇIVANİ
Beynəlxalq konfrans

Q E Y D İ Y Y A T F O R M A S I

SOYADI:
ADI:
ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADI:
İŞLƏDİYİ MÜƏSSİSƏ:
VƏZİFƏSİ:
İŞLƏDİYİ MÜƏSSİSƏNİN ÜNVANI:
ELEKTRON POÇT ÜNVANI:
TELEFON:
FAKS:

TƏDQİQAT SAHƏSİ

MƏRUZƏNİN ADI VƏ MƏTNİ

AÇAR SÖZLƏR

QISA TƏRCÜMEYİ HAL

TƏQDİMAT ZAMANI İSTİFADƏ EDİLƏCƏK VASİTƏLƏR

SLAYT PROYEKTOR DİGƏR
O O O

ƏLAQƏ

Azərbaycan Respublikası/ Naxçıvan Muxtar Respublikası
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76
Tel.: +994 (036)-544-09-64
+994 (036)-545-16-80
Faks: +994 (036)-545-46-22
E-poçt: ameanb15@gmail.com
Web: ameanb.nakhchivan.az