Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin vakant böyük laborant vəzifəsi üzrə zəruri biliklərə dair MÜSAHİBƏ PROQRAMI

1. AMEA Naxçıvan Bölməsində dövlət nəzarətinin təşkili [1, 2, 4, 10].
2. AMEA Naxçıvan Bölməsi üzrə normativ sənədlər [2, 3, 5].
3. AMEA Naxçıvan Bölməsi haqqında [5, 6]:
• Bölmənin fəaliyyətinin təşkili;
• Bölmənin vəzifələri;
• Bölmənin funksiyaları;
• Bölmənin hüquqları;
• Bölmənin fəaliyyət istiqamətləri;
• Bölmənin strukturuna daxil olan qurumlar.
4. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunu və “Azərbaycan Respubli-kasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı [7, 8]:
• Elektron imza və elektron sənəd anlayışı;
• Elektron imza və elektron sənəd dövriyyəsi vasitələrinə aid tələblər;
• Elektron imza sahibinin hüquqları, vəzifələri və məsuliyyəti;
• Elektron sənədin quruluşu və təqdimat formaları.
5. “Azərbaycan Respublikası Əmək Məcəlləsi” üzrə [9]:
• Əmək müqaviləsi;
• İşçilərin attestasiyasının keçirilməsi.
6. Tədqiqatçılarda onurğasız və onurğalı heyvanların ümumi xarakteristikası, xarici və daxili quruluşu, çoxalması və inkişafı, ətraf mühitə uyğunlaşmaları, fərdi və tarixi inkişaf qanunauyğunluqları, təkamül yolları, müasir təsnifat sistemləri haqqında kompleks elmi biliklərin formalaşdırılması [11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22]:
• Onurğasızvə onurğalı heyvanların ümumi xüsusiyyətləri
• Ətraf mühitə uyğunlaşmaları, fərdi və tarixi inkişaf qanunauyğunluqları
• Heyvanlar aləminin müasir təsnifat sistemləri
• Prokariotlar və eukariotlar
• Həşəratların təbiətdə və insan həyatında rolu
• Müxtəlif onurğasız və onurğalı heyvanların toplanması, saxlanılması və qeydiyyatının aparılması üsulları
• Laboratoriya şəraitində onurğasız və onurğalı heyvanların öyrənilməsi zamanı zooloji tədqiqat üsulları
Ədəbiyyat:
1. Azərbaycan Respublikasının Konstitusiyası.
2. Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2016-cı il tarixli 271-VQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elm haqqında” Azərbaycan Respublikası Qanununun.
3. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2009-cu il tarixli 833-IIIQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun.
4. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanı (Azərbaycan Res¬publikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 29; 2007-ci il, № 5, maddə 451; 2008-ci il, № 7, maddə 616; 2010-cu il, № 10, maddə 852; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 17 yanvar tarixli 369 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”.
5. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 fevral 2003-cü il tarixli 86-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi haqqında Əsasnamə”.
6. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi (Tərtib edən: İsmayıl Hacıyev). Bakı: Nurlan, 2005, 156 s.
7. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 mart tarixli 602-IIQ nömrəli nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli “Azərbaycan Res¬pub¬li¬ka¬¬sında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarı.
9. Azərbaycan Respublikası Əmək Məcəlləsi
10. www.e-qanun.az
11. Ağamalıyev F.Q., Quliyeva H.F. Onurğasızlar zoologiyası (dərslik). Bakı: BDU, 2012, 470 s.
12. Ağayev B.İ., Zeynalova Z.A. Onurğasızlar zoologiyası (dərslik). Bakı: Təhsil, 2008, 568 s.
13. Azərbaycanın heyvanlar aləmi. I cild. Birhüceyrəlilər və çoxhüceyrəlilər. Bakı: Elm, 2002, 266 s.
14. Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar. Bakı: Elm, 2004, 387 s.
15. Azərbaycanın heyvanlar aləmi. IIIcild. Onurğalılar. Bakı: Elm, 2004, 620 s.
16. Dogel V.A. Onurğasızlarzoologiyası (dərslik). Bakı: MBM, 2007, 528 s.
17. Mustafayev Q.T., Tağıyev Ə.N., Sadıqova N.A. Onurğalılar zoologiyası (dərslik). Bakı: BDU, 2009, 485 s.
18. Naxçıvan Muxtar Respublikasının onurğalı heyvanlar faunasının taksonomik spektri. Naxçıvan: “Əcəmi” NPB, 2014, 67 s.
19. Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri. Naxçıvan: “Əcəmi” NPB, 2014, 320 s.
20. Quliyeva H.F., Muradova E.Ə., Qaarabəyli Q.Z.. Onurğasızlar zoologiyası: Tədris-metodik kompleksi, dərs və¬saiti. Bakı, 2014, 315 s.
21. Шапкин В.А., Тюмасева З.И., Машкова И.В., Гускова Е.В. Биология. Раздел беспозвоночные животные: Учебно-методическое пособие. Челябинск, 2003, 102 с.
22. Шарова И.Х. Зоология беспозвоночных (учебник). М.: Владос, 2002, 592 с.