Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Kitabxanasının vakant biblioqraf vəzifəsi üzrə zəruri biliklərə dair MÜSAHİBƏ PROQRAMI

1. AMEA Naxçıvan Bölməsində dövlət nəzarətinin təşkili [1, 2, 4, 10].
2. AMEA Naxçıvan Bölməsi üzrə normativ sənədlər [2, 3, 5].
3. AMEA Naxçıvan Bölməsi haqqında [5, 6]:
• Bölmənin fəaliyyətinin təşkili;
• Bölmənin vəzifələri;
• Bölmənin funksiyaları;
• Bölmənin hüquqları;
• Bölmənin fəaliyyət istiqamətləri;
• Bölmənin strukturuna daxil olan qurumlar.
4. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunu və “Azərbaycan Respubli-kasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı [7, 8]:
• Elektron imza və elektron sənəd anlayışı;
• Elektron imza və elektron sənəd dövriyyəsi vasitələrinə aid tələblər;
• Elektron imza sahibinin hüquqları, vəzifələri və məsuliyyəti;
• Elektron sənədin quruluşu və təqdimat formaları.
5. “Azərbaycan Respublikası Əmək Məcəlləsi” üzrə [9]:
• Əmək müqaviləsi;
• İşçilərin attestasiyasının keçirilməsi.
6. Kitabxanaçılarda biblioqrafik informasiyanın nəzəri əsasları, biblioqrafik informasiyanın mövcudluq formaları, biblioqrafik fəaliyyətin əsas istiqamət və komponentləri, biblioqrafik informasiyanın əsas ictimai funksiyaları, biblioqrafiyanın növ təsnifatı, soraq-biblioqrafiya aparatı, kitab-oxucu münasibəti, biblioqrafik təsvir və diğər ki¬tab¬xana-biblioqrafiya və informasiya-biblioqrafiya işləri haqqında kompleks biblioqrafik biliklərin formalaş¬dırılması [11, 12, 13, 14, 15, 16, 17]:
• Biblioqrafik informasiya
• Biblioqrafik xidmət formaları
• Soraq-biblioqrafiya aparatı
• Kataloq-kartoteka sistemi
• Kitabxana biblioqrafiyası
• Biblioqrafik təsvir
• Annotasiya
• Biblioqrafik vəsaitlər
Ədəbiyyat:
1. Azərbaycan Respublikasının Konstitusiyası.
2. Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2016-cı il tarixli 271-VQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elm haqqında” Azərbaycan Respublikası Qanununun.
3. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2009-cu il tarixli 833-IIIQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun.
4. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanı (Azərbaycan Res¬publikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 29; 2007-ci il, № 5, maddə 451; 2008-ci il, № 7, maddə 616; 2010-cu il, № 10, maddə 852; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 17 yanvar tarixli 369 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”.
5. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 fevral 2003-cü il tarixli 86-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi haqqında Əsasnamə”.
6. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi (Tərtib edən: İsmayıl Hacıyev). Bakı: Nurlan, 2005, 156 s.
7. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 mart tarixli 602-IIQ nömrəli nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli “Azərbaycan Res¬pub¬li¬ka¬¬sında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarı.
9. Azərbaycan Respublikası Əmək Məcəlləsi
10. www.e-qanun.az
11. Əliyev Z.H. Ümumi biblioqrafiyaşünaslıq. Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001, 145 s.
12. Xələfov A., Kazımov R., Bədəlov E. Kitabxana işçisinin məlumat kitabı. Bakı: Azərnəşr, 1986, 287 s.
13. Hacıyeva Q. Xarici biblioqrafiya. Bakı: Nurlan, 2008, 128 s.
14. Kitabxana-biblioqrafiya və məlumat işi məsələləri. Bakı: Elm, 1988, 187 s.
15. Xələfov A.Kitabxana və cəmiyyət. Bakı: Azərnəşr, 2011, 348 s.
16. Брауде Л.Р. Основы библиотечно – библиографических знаний. Москва: Высшая школа, 1987, 94 c.
17. Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzər, metodik və təcrübi jurnal. Bakı: Bakı Universiteti Nəşriyyatı, 2011, №2, 186 s.