Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Aparatının Elmi-təşkilat şöbəsinin vakant mütəxəssis vəzifəsi üzrə zəruri biliklərə dair MÜSAHİBƏ PROQRAMI

1. AMEA Naxçıvan Bölməsində dövlət nəzarətinin təşkili [1, 2, 4, 11].
2. AMEA Naxçıvan Bölməsi üzrə normativ sənədlər [2, 3, 5].
3. AMEA Naxçıvan Bölməsi haqqında [5, 6]:
• Bölmənin fəaliyyətinin təşkili;
• Bölmənin vəzifələri;
• Bölmənin funksiyaları;
• Bölmənin hüquqları;
• Bölmənin fəaliyyət istiqamətləri;
• Bölmənin strukturuna daxil olan qurumlar.
4. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” üzrə [9]:
• kargüzarlığın aparılması qaydalarına riayət olunmasına nəzarət, kargüzarlıq xidmətinin vəzifələri, mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kargüzarlıq sistemi;
• göndərilən sənədlərdə göstərilən rekvizitlər, təşkilat daxilində sənədin razılaşdırılması və viza;
• sənədlərin rəsmiləşdirilməsinin həyata keçirilməsi, sənədin imzalanması, sənədlərin təsdiq edilməsi;
• təşkilatın adının və onun struktur bölməsinin adının yazılışı, böyük hərflə yazılması qanunvericilik-də bilavasitə nəzərdə tutulan vəzifələr, vəzifə adlarının yazılışı;
• sənədlərə edilən əlavələr, sənədlərə əlavə edilən qoşma;
• qərarın, əmrin, protokolun, arayışın, aktın, məktubun mətni və hissələri;
• sənədlərdə dərkənar, daxil olmuş sənədlərə rəhbərlik tərəfindən baxılması, sənədin icraçıları;
• sənədlərin icrasına nəzarətin təşkili, sənədlərdə xüsusi icra müddətinin müəyyən olunması.
5. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunu və “Azərbaycan Respubli-kasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı [7, 8]:
• Elektron imza və elektron sənəd anlayışı;
• Elektron imza və elektron sənəd dövriyyəsi vasitələrinə aid tələblər;
• Elektron imza sahibinin hüquqları, vəzifələri və məsuliyyəti;
• Elektron sənədin quruluşu və təqdimat formaları.
6. “Azərbaycan Respublikası Əmək Məcəlləsi” üzrə [10]:
• Əmək müqaviləsi;
• İşçilərin attestasiyasının keçirilməsi.
Ədəbiyyat:
1. Azərbaycan Respublikasının Konstitusiyası.
2. Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2016-cı il tarixli 271-VQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elm haqqında” Azərbaycan Respublikası Qanununun.
3. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2009-cu il tarixli 833-IIIQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun.
4. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 29; 2007-ci il, № 5, maddə 451; 2008-ci il, № 7, maddə 616; 2010-cu il, № 10, maddə 852; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 17 yanvar tarixli 369 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”.
5. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 fevral 2003-cü il tarixli 86-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi haqqında Əsasnamə”.
6. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi (Tərtib edən: İsmayıl Hacıyev). Bakı: Nurlan, 2005, 156 s.
7. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 mart tarixli 602-IIQ nömrəli nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarı.
9. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Fərmanı.
10. Azərbaycan Respublikası Əmək Məcəlləsi
11. www.e-qanun.az