Nəsirova Əfruz Səttar qızı

efruzNəsirova Əfruz Səttar qızı 13 may 1988-ci ildə Culfa rayon Bənəniyar kəndində anadan olmuşdur. 2005-2009-cu illərdə Naxçıvan Dövlət Universitetinin “Təbiətşünaslıq” fakültəsinin Biologiya ixtisası üzrə bakalavr pilləsi üzrə təhsil almışdır. 2009-2011-ci illərdə Bakı Dövlət universitetinin “Mikrobiologiya və Virusologiya” ixtisası üzrə magistratura şöbəsində təhsil almışdır. 2011-ci ildə AMEA Naxçıvan Bölməsinin Bioresruslar İnstitutunun “Torpaq ehtiyatları” laborotoriyasında böyük laborant vəzifəsində işə başlamışdır.
2012-ci ildən AMEA Naxçıvan Bölməsinin doktorantıdır. Botanika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün akademik Tariyel Hüseynəli oğlu Talıbovun rəhbərliyi ilə “Naxçıvan Muxtar Respublikası florasında Campanulaceae Juss. fəsiləsinə daxil olan bitkilər, onların fitosenozlarda rolu və səmərəli istifadə yolları” mövzusunda tədqiqat aparıb.
Haliyədə AMEA Naxçıvan Bölməsi Bioresruslar İnstitutunun Nəbatat şöbəsində elmi işçi vəzifəsində işləyir.Filologiya üzrə fəlsəfə doktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Subaydır.