YENİ KİTAB NƏŞR OLUNUB

“Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz… Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”- deyən ümummilli lider Heydər Əliyev xalqımız, dövlətimiz qarşısında milli dəyərlərin qorunması kimi ülvi vəzifə qoymuşdur. Ulu öndərin bu ideyası Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməkdədir. Təsadüfi deyil ki, 2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan olunmuşdur.
Milli dəyərlərimizin araşdırılması və təbliği məsələsi hər zaman diqqət mərkəzində saxlanılır, onların qorunması üçün bir sıra tədbirlər görülür. 1995-ci ildən başlayaraq milli dəyərlərimizə göstərilən ehtiramın ən bariz nümunəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamlardır.
Yenicə çapdan çıxmış “Milli dəyərlərimiz rəsmi sənədlərdə” kitabı bu sərəncamlardan bəhrələnmək, onların əhəmiyyətini anlamaq üçün mühüm mənbədir. Kitabda 1996-2018-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı milli dəyərlərimizlə bağlı sərəncamlar öz əksini tapıb. Naxçıvanın öyrənilməsində və təbliğində böyük əhəmiyyət kəsb edən simpoziumların keçirilməsi, tarixi və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması, ziyarətgah və abidələrin bərpası, yeni muzeylərin yaradılması və nəhayət “Mənəvi Dəyərlər Fondunun” yaradılması bütövlükdə Naxçıvanşünaslığa verilmiş dəyərli töhfədir. Naxçıvanın əyilməzlik simvolu olan “Əlincəqala” tarixi abidəsi, Gülüstan türbəsi, Qarabağlar Türbə Kompleksinin bərpa və tədqiq edilməsi, xalq yaradıcılığı günlərinin keçirilməsi və Şərur yallıları haqqında imzalanan sərəncamlar keçmişimizə, tariximizə, mədəniyyətimizə göstərilən diqqət və qayğının ən gözəl nümunəsidir.
Milli_dəyərlər rəsmi sənədlərdə