AMEA NAXÇIVAN BÖLMƏSİNİN BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Əbülfəz Quliyev
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun direktoru, professor Əbülfəz Quliyev Şərqi Avropanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şimali Makedoniya Respublikasının paytaxtı Üsküp şəhərindəki beynəlxalq “Vision” universitetində elmi ezamiyyətdə olub. Əməkdaşımız Avropada ilk türk universiteti olan bu təhsil müəssisəsində “Kuman-kıpçaqlar və Cənubi Qafqazda izləri” mövzusunda mühazirə oxumuş və çıxışı dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Daha sonra universitetin elmi şura üzvləri ilə maraqlı görüş olmuş, rektor Fadıl Hoca universitetin beynəlxalq əlaqələri və iki ölkə arasında mehriban dostluq münasibətlərindən söz açmışdır. Müxbir üzv Əbülfəz Quliyev elmi şurada çıxış edərək müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında elm və təhsilin inkişafı haqqında geniş məlumat vermiş, buradakı elm və təhsil ocaqlarının, xüsusilə türk dünyası ilə beynəlxalq əlaqələrinin genişlənməsindən ətraflı bəhs etmişdir.
Elmi şuranın iclasında AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə Şimali Makedoniya Respublikasının beynəlxalq “Vision” universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Qeyd edək ki, protokolda iki təşkilat arasında elm və təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın 5 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.
Beynelxalq konfrans