TƏLƏBƏLƏRƏ PRAKTİKİ MƏŞĞƏLƏ KEÇİRİLİB

IMG_2992 (11)
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən Fizika ixtisasının I və II kurs tələbələri üçün startap layihəsi çərçivəsində “Hidrotermal üsulla CdTe birləşməsinin alınması” mövzusunda praktiki məşğələ keçilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına əsasən təşkil olunan tədbiri İnstitutun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev açaraq keçirilən praktiki məşğələlərin əhəmiyyətindən danışıb.
Daha sonra mövzu ilə bağlı ətraflı məlumat verən Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev laboratoriya şəraitində CdTe birləşməsinin hidrotermal üsulla alınmasını tələbələrə göstərib. Məşğələ zamanı tələbələrlə fikir mübadiləsi aparılmış, onların sualları cavablandırılmışdır.