AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİ 2019-CU İL ÜÇÜN FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ DİSSERTANTURAYA VƏ ELMLƏR DOKTORU HAZIRLIĞI ÜZRƏ DİSSERTANTURA VƏ DOKTORANTURAYA QƏBUL ELAN EDİR

AMEA Naxçıvan Bölməsi
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qiyabi şöbəyə, büdcə hesabına
1. Yarımkeçiricilər fizikası – 1 yer
2. İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi – 1 yer
3. Astrofizika və ulduz astronomiyası – 1 yer
4. Arxeologiya –1 yer
5. Azərbaycan dili – 1 yer
6. Azərbaycan ədəbiyyatı –3 yer
7. Dünya ədəbiyyatı (Amerika üzrə) –1 yer
8. Dekorativ tətbiqi sənət –1 yer
9. Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası –1 yer

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qiyabi şöbəyə, ödənişli əsaslarla
1.Arxeologiya –1 yer
Elmlər doktoru proqramı üzrə
doktoranturaya qiyabi şöbəyə, büdcə hesabına
1. Fiziki kimya – 1 yer
Elmlər doktoru proqramı üzrə doktoranturaya əyani şöbəyə, büdcə hesabına
1.Botanika – 1 yer

Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına
1. Mikologiya – 1 yer
Elmlər doktoru proqramı üzrə dissertanturaya ödənişli əsaslarla
1. Vətən tarixi – 1 yer

Qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır
– Müəssisə rəhbərinin adına ərizə;
– Kadrların şəxsi-qeydiyyat vərəqi;
– Tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
– İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
– İş yerindən xasiyyətnamə;
– Çap olunmuş elmi işlərin siyahısı və ya fəlsəfə doktoru proqramı üzrə seçilmiş ixtisas üzrə referat;
– Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış
Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
– Fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı
üzrə);
– Şəxsiyyəti təsdiq edən sənədin surəti.

Sənədlər 30 dekabr 2019-cu il tarixə qədər saat 09:00-dan 17:00-a kimi AMEA Naxçıvan Bölməsinin əsas binasında, Təhsil və Kadrlar şöbəsində qəbul edilir.
Ünvan: Heydər Əliyev pr. 76
Əlaqə telefonu: (+994 36) 544-65-97
e-mail: doktorant.nb@mail.ru