YENİ MONOQRAFİYA NƏŞRDƏN ÇIXIB

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Seyidzadənin “Naxçıvan Muxtar Respublikası şəraitində ətirli tütün sortlarının becərilməsi” adlı monoqrafiyası çap olunub.
Nəşrdə muxtar respublika şəraitində sort tipinə, mənşəyinə görə fərqlənən ətirli tütün bitkisi sortlarının həm ayrı-ayrı, həm də kompleks bioloji və təsərrüfat xüsusiyyətlərinə görə öyrənilib, qida sahəsindən asılı olaraq azot gübrəsinin müxtəlif normalarının tütün bitkisinin böyüməsinə, inkişafına, məhsuldarlığına, əmtəə növ çıxımına, keyfiyyət göstəricilərinə təsirinin tədqiqi və onların müqayisəli xarakteristikası aparılıb, iqtisadi cəhətdən səmərəli sortlar fermer təsərrüfatlarına tövsiyə edilib.
Monoqrafiya muxtar respublika şəraitində tütünçülüklə məşğul olan elmi işçilər, fermerlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
kitab uzu (1)