NAXÇIVANLI ALİM BEYNƏLXALQ TƏDBİRLƏRƏ QATILMAQ ÜÇÜN DƏVƏT ALIB

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova 2020-ci ilin yanvar-mart aylarında Avropa Elmi və Sənaye Konsorsiumu, Rusiya Təbiət Elmləri Akademiyası (Rusiya), Avropa Təbiət Elmləri Akademiyası (Böyük Britaniya), Təbiət Elmləri Akademiyası Nəşriyyatı (Almaniya) və Avrasiya Elmi və Sənaye Palatasının birgə təşkil etdiyi elmi tədbirlərdə iştirak etmək üçün dəvət alıb.
Əməkdaşımız yanvar ayında 11 gün Kubanın Baradero şəhərində keçiriləcək “Müasir Elmi Texnologiyalar”, fevral ayında 8 gün İzrailin paytaxtı Tel-Əvivdə keçiriləcək “Ekologiya və təbiətin səmərəli idarə edilməsi”, mart ayında 8 gün Fransanın paytaxtı Parisdə keçiriləcək “İstehsal və təbii ehtiyatların idarə edilməsi” adlı Beynəlxalq konfrans, elmi mübadilə və dəyirmi masalarda iştirak etmək üçün Təbiətşünaslıq Akademiyasının Nəşriyyatına məruzələrinin tezis və məqalələrini göndərib.
Şekil (2)