Novruzova Enzalə Sucaxan qızı

enzileNovruzova Enzalə Sucaxan qızı 02 noyabr 1980-ci ildə Babək rayon Cavidabad kəndində anadan olmuşdur. 1997-2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Təbiətşünaslıq” fakültəsinin Biologiya ixtisası üzrə bakalavr pilləsində, 2001-2003-cü illərdə isə həmin universitetin “Botanika” ixtisası üzrə magistratura şöbəsində təhsil almışdır. 2003-2005-ci illərdə Babək rayon Qaraçuq kənd orta məktəbində ixtisası üzrə müəllimə, 2005-2009-cu illərdə isə həmin məktəbdə təşkilatçı rəhbər vəzifəsində işləmişdir. 2009-cu ildə AMEA Naxçıvan Bölməsinin Bioresruslar İnstitutunun “Biokimyəvi Tədqiqatlar” laborotoriyasında böyük laborant vəzifəsində işə başlamışdır.
2011-ci ildən AMEA Naxçıvan Bölməsinin doktorantıdır. Botanika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün akademik T.H.Talıbovun rəhbərliyi ilə “Naxçıvan Muxtar Respublikası florasında Qıjılar şöbəsi: sistematikası, bioekologiyası və fitosenologiyası” mövzusunda tədqiqat işi aparır.
Haliyədə AMEA Naxçıvan Bölməsi Bioresruslar İnstitutunun Nəbatat şöbəsində elmi işçi vəzifəsində işləyir. Akademik T.H.Talıbovla birgə (Naxçıvan Muxtar Respublikası florası – Polypodiophyta) adlı kitabın müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, bir övladı var.