ƏMƏKDAŞIMIZIN ESSESİ iSTANBULDA DƏRC OLUNUB

WhatsApp Image 2020-01-12 at 12.06.38 (1)
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu-Məmmədovun Türkiyədə yeni əsəri nəşr olunub.
İstanbul şəhərində fəaliyyət göstərən “Türkiye Dil ve Edebiyat Derneği”nin aylıq nəşri olan və bütün ölkəyə yayılan “Dil ve Edebiyat” jurnalının 2020-ci ildəki ilk nömrəsində həmkarımızın qardaş ölkənin ən dəyərli şairlərindən olan Nuri Pakdilin ölümünə həsr etdiyi “Ölümüne dünyanın en uzun cümlesiyle üzüldüğüm şair” başlıqlı essesi oxuculara təqdim olunub.