QANLI 20 YANVAR

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan sərgi açılıb.
“Qanlı 20 Yanvar” başlıqlı sərgidə “Heydər Əliyev müstəqilliyimiz əbədidir”, “Azərbaycan tarixi”, “Şəhidlər”, “Naxçıvan 20 yanvar ərəfəsində”, “Şahbuzlu şəhidlər”, “Sədərək harayı”, “Qələbəyə gedən yol”, “Ermənilər və həqiqətlər”, “Qara Yanvar Bakı-1990”, “Şənbə gecəsinə gedən yol”, “Azərbaycana qarşı soyqırım gerçəklikləri”, “Analar anar ağlar”, “İstiqlalın əzablı yolu”, “Ölümdən o yana”, “Sədərəkdə yazılan gündəlik”, “Kəngərli şəhidləri”, “Sədərək şəhidləri”, “Naxçıvan necə döyüşdü, müdafiə olundu”, “Sədərək harayı”, “Culfa şəhidləri”, “Ülviləşən Ülvim”, “Азербайджан: четыре черных дня в календаре” və digər kitablar nümayiş olunur.
Sərgidə, həmçinin 20 Yanvar faciəsindən bəhs edən və müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc edilən yazılar da ziyarətçilərə təqdim olunur. Sərgi bu ayın sonuna kimi ziyarətçilərin ixtiyarında olacaq.
image-15-01-20-10-48-4