AMEA NAXÇIVAN BÖLMƏSİNİN ƏMƏKDAŞLARI LIV BEYNƏLXALQ “TEXNOKONQRES” ELMİ KONFRANSINDA DİPLOMLA TƏLTİF OLUNUBLAR

diplom 1111

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Rusiya Federasiyasının Kemerovo şəhərində keçirilən LIV Beynəlxalq “Texnokonqres” elmi konfransında diplomla təltif olunublar. Bölmənin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova, Rafiq Quliyev, Nazilə Mahmudova və Leyla İbrahimovanın “Naxçıvan Muxtar Respublikasının kəhriz və bulaq sularının hidroekoloji xüsusiyyətləri” adlı məqaləsi konfransda II yeri qazanmış, diplom və sertifikatla mükafatlandırılmışdır.
Qeyd etmək lazımdır ki, “Dəqiq Elmlər” jurnalında dərc olunan 3 cədvəl və 1 şəkildən ibarət 8 səhifəlik məqalədə Naxçıvan Muxtar Respublikasının ümumi hidrogeoloji şəbəkəsinə daxil olan yeraltı suların, o cümlədən kəhriz və bulaq sularının mənşəyi, kimyəvi tərkibi, hidroekoloji xüsusiyyətləri təhlil edilmiş, unikal hidrotexniki qurğular olan kəhrizlərin və təbii bulaqların ərazinin su təchizatında əhəmiyyəti vurğulanmışdır.