NAXÇIVANLI ALİMİN UĞURU

FOTO  VARIS  GULIEV (2)

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin üzüm bitkisilə bağlı elmi əsəri ABŞ-da nəşr olunan Cytology və Histology (“Sitogenetika və Histologiya”) jurnalının ötən ilki sayında işıq üzü görmüş və tədqiqat işinin nəticələri yüksək qiymətləndirilmişdir. Bu günlərdə Naxçıvanlı alim sözügedən beynəlxalq indeksli jurnalın redaksiya heyətinə üzv seçilib.
Qeyd edək ki, Varis Quliyev 30 ildən artıqdır ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında üzüm genofondunu kompleks şəkildə tədqiq edir. Sort müxtəlifliyinin artırılması, genofondun tədqiqi, yeni sortların yaradılması, becərilən sortların qiymətləndirilməsi, iqtisadi əhəmiyyət kəsb edən sortların müəyyənləşdirilməsi, məhv olmaq təhlükəsində olan nadir sortların biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi, eyni zamanda sortların genetik xüsusiyyətlərinin, xəstəliklərə davamlılığının müəyyənləşdirilməsi və bu istiqamətdə müxtəlif genetik üsullar əsasında məqsədyönlü seleksiya işlərinin aparılması alimin elmi-tədqiqat işinin əsas məqsədini təşkil edir.
Varis Quliyev “Azərbaycan ampeloqrafiyası” (II cild), ”Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” adlı fundamental monoqrafiyaların və digər kitabların müəllifidir.