Seyidzadə Günel Mirhəşim qızı

gunelseyidzadeSeyidzadə Günel Mirhəşim qızı 31 may 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1998-2002 –ci illərdə Naxçıvan Dövlət Universitetinin “Təbiətşünaslıq-Tibb” fakultəsinin biologiya ixtisası üzrə bakalavr pilləsinin bitirmişdir. 2003-2006-cı illərdə həmin universitetin “Biologiya” ixtisası üzrə magistratura şöbəsinin məzunu olmuşdur. 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda “Dənli-taxıl, paxlalı və texniki bitkilər laboratoriyasına” böyuk laborant vəzifəsində işə başlamışdır. 2007-ci ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun “Bitkiçilik” şöbəsində qiyabi aspiranturaya daxil olmuşdur.
2011-ci ildə “Naxçıvan Muxtar Respublikası şəraitində əsas becərmə amillərinin ətirli tütün sortlarının bioloji və təsərrüfat xüsusiyyətlərinə təsiri” mövzuzunda dissertasiya işi müdafiə edərək kənd təsərrüfatı üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
Hal hazırda AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun “Dənli-taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında” böyük elmi işçi vəzifəsində çalışır. 17 yanvar 2014-cü ildən AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bir övladı var.