ƏMƏKDAŞIMIZIN DAHA BİR UĞURU

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsinin daha bir uğuru!
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbəri olduğu 11 saylı məktəbin VIII sinif sagirdi Zahidə Allahverdiyeva “Химия от А до Я» Beynəlxalq kimya Erudit onlayn müsabiqəsinin qalibi olmuş, diplom və qızıl medalla mükafatlandırılmışdır. Sabahın tədqiqatçısı Zahidə Allahverdiyeva eyni zamanda Moskvada keçirilən məktəblilərin Ümumrusiya «Время знаний» Olimpiadasında kimya üzrə VIII siniflər arasında birincilik qazanaraq I dərəcəli diploma layiq görülmüşdür.
Xatırladaq ki, qısa müddət öncə Fizzə Məmmədovanın rəhbərlik etdiyi daha bir məktəbli – Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Nuray Məmmədova Moskvada keçirilən Məktəblilərin Beynəlxalq elmi-tədqiqat və yaradıcılıq “Elmə start” müsabiqəsində Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” layihəsi ilə III yerə, “Kimyəvi elementlərin kəşfi tarixi” adlı Beynəlxalq kimya müsabiqəsində isə II yerə layiq görülmüş və gümüş medala mükafatlandırılmışdır.
Qazanılmış nailiyyətlərin nəticə olaraq əməkdaşımız ümumtəhsil məktəb şagirdlərinin tədqiqatçılıq bacarıqlarının
inkişafına göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.

IMG-20200301-WA0004 (1)