BATABAT ASTROFİZİKA RƏSƏDXANASINDA PARLAQ ULDUZLARIN BİRGƏ MÜŞAHİDƏSİ VƏ TƏDQİQATI APARILACAQ

Batabat Astrofizika Rəsədxana (1)

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Günəş sisteminin cisimləri ilə yanaşı parlaq ulduzlarının müşahidəsi və tədqiqatı da həyata keçirilir.

Rəsədxanada ulduzların tədqiqatı sahəsində AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə birgə cari ilin yay-payız mövsümündə geniş şəkildə müşahidələrin aparılması nəzərdə tutulub.

Hazırda tədqiq edilməsi planlaşdırılan parlaq ulduzlar seçilib və onaların müşahidə olunması üçün haliyədə nəzəri və metodik üsullar işlənib hazırlanır.

Müşahidələrin aparılmasında və tədqiqat işlərinin yerinə yetirilməsində Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə yanaşı, həm də Rusiya Federasiyasının Şimali Qafqazda yerləşən TERSKOL Rəsədxanasının nümayəndələrinin də iştirakı nəzərdə tutulub.