LAYİHƏ UĞURLA DAVAM ETDİRİLİR

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin ilə birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi davam etdirilir.
Bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərovun rəhbərliyi ilə Naxçıvan şəhər 15 saylı məktəbin IX sinif şagirdi Nigar Kərimova “Naxçıvan Muxtar Respublikası ərazisində limonlu kəklikotu növünün yayılması, tərkibindəki bioloji aktiv maddələrin və faydalı xüsusiyyətlərin öyrənilməsi” mövzusunda tədqiqat aparıb. Limonlu kəklikotundan ekstrakt, həb və dəmləmə hazırlanıb. Ekstraktın tərkibindəki bioloji aktiv maddələrin fotospektr vasitəsilə tərkibi araşdırılıb və müəyyən nəticələr əldə edilib.

89779164_226877845372491_1358304306670862336_o