“Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişaf perspektivləri” kitabı nəşr olunub

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və “İqtisadiyyat” şöbəsinin kiçik elmi işçisi Məhəmməd Süleymanovun Almaniyada yenicə nəşr olunmuş “Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişaf perspektivləri” adlı kitabı “Lambert” Akademik nəşriyyatı və “More Books” onlayn kitab saytında satışa çıxarılıb. Satış qiyməti 64.90€ olan kitab “Turizm” və “Ekologiya” istiqamətləri üzrə təhsil alan və araşdırma aparan tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
Kitabda turizm və aqroturizmin formalaşmasının nəzəri əsasları, təsnifatı və ekoturistik potensialın qiymətləndirilməsi araşdırılmışdır. 5 fəsildən ibarət olan kitabda Naxçıvan Muxtar Respublikasının coğrafı mövqeyi, geoloji strukturu, faydalı qazıntıları, təbii müalicəvi turizm potensialı, kənd turizmi və onun perspektivləri, dini turizm obyektəri haqqında ətraflı məlumat verilmişdir.
Vurğulanır ki, qədim və çoxəsrlik tarixə malik Naxçıvanın coğrafi və siyasi mövqeyi, burada mövcud olan iqlim qurşaqları, təbiəti, flora və faunası, zəngin mədəni-tarixi irsi, unikal mətbəxi, yüksək səviyyəli qonaqpərvərlik ənənələri və bir çox xüsusiyyətləri bu gözəl diyarı Avropanın bir sıra turizm mərkəzləri ilə müqayisə etməyə imkan verir.
Sxem, cədvəl və fotolardan istifadə etməklə müəlliflər Darıdağ balneoloji mərkəzi, Naxçıvan ərazisində mövcud olan müalicəvi sular, Duzdağ fizioterapiya mərkəzi, Ağbulaq istirahət mərkəzi, buranın qış turizm imkanları haqqında ətraflı məlumat vermişlər.
Kitabda həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən Batabat Astrofizika Rəsədxanası və Nəbatat bağı, onların fəaliyyət istiqaməti, nailiyyətləri və digər nüanslarla bağlı məlumatlar yer almışdır. Batabat yaylağının bütün gözəllikləri ilə oxuculara təqdim olunduğu nəşrdə artıq Naxçıvan brendinə çevrilmiş Ordubad limonu, Naxçıvan göycəsi və digər təamlar haqqında məlumatlar geniş oxucu kütləsinə təqdim olunmuşdur.
Əlincəqala tarix-memarlıq kompleksi və onun tarixindən bəhs edən müəlliflər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 fevral 2014-cü il tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamına əsasən abidənin bərpa olunduğunu diqqətə çatdıraraq abidənin restavrasiyadan sonrakı fotolarını təqdim etmişlər. Eyni zamanda son illər Naxçıvanda keçirilən “Göycə”, “Arıçılıq məhsulları-Bal”, “Ailə təsərrüfatı məhsulları”, “Plov”, “Yallı”, “Kətə”, “Vokalistlərin I Respublika festivalı” və beynəlxalq səviyyəli şahmat fesivallarının fonunda Naxçıvanın etnik turizmi haqqında ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, rus dilində işıq üzü görən kitab 100-dən artıq elmi ədəbiyyata əsaslanaraq ərsəyə gətirilmiş və doğma diyarın təbliğində böyük əhəmiyyətə malikdir.

https://www.lap-publishing.com/catalog/details/store/es/book/978-620-0-65214-0/%D0%BF%D0%B5%D1%80%D1%81%D0%BF%D0%B5%D0%BA%D1%82%D0%B8%D0%B2%D1%8B-%D1%80%D0%B0%D0%B7%D0%B2%D0%B8%D1%82%D0%B8%D1%8F-%D1%8D%D0%BA%D0%BE%D1%82%D1%83%D1%80%D0%B8%D0%B7%D0%BC%D0%B0-%D0%B2-%D0%BD%D0%B0%D1%85%D1%87%D1%8B%D0%B2%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%BE%D0%B9-%D0%B0%D0%B2%D1%82%D0%BE%D0%BD%D0%BE%D0%BC%D0%BD%D0%BE%D0%B9-%D1%80%D0%B5%D1%81%D0%BF%D1%83%D0%B1%D0%BB%D0%B8%D0%BA%D0%B5?search=%D0%9F%D0%B5%D1%80%D1%81%D0%BF%D0%B5%D0%BA%D1%82%D0%B8%D0%B2%D1%8B+%D1%80%D0%B0%D0%B7%D0%B2%D0%B8%D1%82%D0%B8%D1%8F+%D1%8D%D0%BA%D0%BE%D1%82%D1%83%D1%80%D0%B8%D0%B7%D0%BC%D0%B0+%D0%B2+%D0%9D%D0%B0%D1%85%D1%87%D1%8B%D0%B2%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%BE%D0%B9+%D0%90%D0%B2%D1%82%D0%BE%D0%BD%D0%BE%D0%BC%D0%BD%D0%BE%D0%B9+%D0%A0%D0%B5%D1%81%D0%BF%D1%83%D0%B1%D0%BB%D0%B8%D0%BA%D0%B5&fbclid=IwAR0Ch7zeJaQbQLKrWSfMUCXrEJVQIrlUvVvFToSsB1sMuZdvVZYsumwxUyg%BF%D0%B5%D0%BA%D1%82%D0%B8%D0%B2%D1%8B-%D1%80%D0%B0%D0%B7%D0%B2%D0%B8%D1%82%D0%B8%D1%8F-%D1%8D%D0%BA%D0%BE%D1%82%D1%83%D1%80%D0%B8%D0%B7%D0%BC%D0%B0-%D0%B2-%D0%9D%D0%B0%D1%85%D1%87%D1%8B%D0%B2%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%BE%D0%B9-%D0%90%D0%B2%D1%82%D0%BE%D0%BD%D0%BE%D0%BC%D0%BD%D0%BE%D0%B9-%D0%A0%D0%B5%D1%81%D0%BF%D1%83%D0%B1%D0%BB%D0%B8%D0%BA%D0%B5/isbn/978-620-0-65214-0?fbclid=IwAR2I1ypU5J1l-mWT4hetTcvj3Ma6Z5ymqs7haF_RSay2HW3U2yEiOkAu9lQ

 

https://www.morebooks.shop/store/gb/book/%D0%9F%D0%B5%D1%80%D1%81%D0

89872808_230878284972447_5156146983747977216_n