LAYİHƏDƏ YENİ BİR UĞURA İMZA ATILIB

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları növbəti uğura imza atıb!
17 mart 2020-ci il tarixdə Rusiyanın Penza şəhərində “Elm və təhsil Beynəlxalq elmi əməkdaşlıq mərkəzi”ndə keçirilən “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransın işinə yekun vurulub.
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun “Mineral xammalın kimyası və texnologiyası laboratoriyası”nın müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun elmi rəhbərlik etdiyi Naxçıvan məktəblisi – Nəsirli İnci Emin qızının “Biləv alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması” adlı layihəsinin nəticələri “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransında müzakirə edilmiş və I yerə layiq görülmüşdür.
Əməkdaşımız – kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov və Naxçıvan şəhər 15 No-li tam orta məktəbin IX sinif şagirdi İnci Nəsirli I dərəcəli diplom və sertifikatla təltif olunmuş, “Biləv alüminium süxurundan alüminiumun mühüm birləşmələrinin alınması” adlı məqaləsi konfransın materiallarında dərc edilmişdir.

89931559_234726654587610_3759505442510733312_n (1)