Səfərova (Ələkbərova) Leyla Abbas qızı

leylaseferovaSəfərova (Ələkbərova) Leyla Abbas qızı 25 iyul 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1998 – 2002-ci illərdə Azərbaycan Dillər Universitetinin “İngilis dili” ixtisası üzrə bakalavr pilləsində, 2004 – 2006-cı illərdə isə Naxçıvan Dövlət Universitetinin “Xarici dillər – İngilis dili” ixtisası üzrə magistratua pilləsində təsil almışdır.
2002 – 2006-cı illərdə Naxçıvan şəhər 14 saylı orta məktəbdə, 2003 – 2004-cü dərs ilində Heydər Əliyev adına Hərbi Liseydə ingilis dili fənnini tədris etmişdir. 2004-cü ildə AMEA Naxçıvan Bölməsi Xarici Əlaqələr şöbəsində baş mütəxəssis vəzifəsində işə başlamış, 2006-cı ildə Kadrlar və Aspirantura şöbəsinə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. 2008-ci ildə AMEA Naxçıvan Bölməsinin dissertatnurasına (qiyabi) daxil olmuş və “German dilləri” ixtisası üzrə fəlsəfə doktorluğu dissertasiyası götürmüşdür.
Hal-hazırda AMEA Naxçıvan Bölməsi Təhsil və Kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində çalışır. Filologiya üzrə fəlsəfə doktorudur. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.