“VİKİPEDİYA”DA YENİ MƏQALƏLƏLƏR YERLƏŞDİRİLİB

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramov və şöbənin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Məhərrəmov tərəfindən ötən dörd ay ərzində Vikipediya virtual ensiklopediyasında 5 məqalə, 10 yeni şablon yaradılmış və 40-dan çox məqalə üzərində əsaslı dəyişiklik edilərək oxucuların istifadəsinə verilmişdir.
Əməkdaşımız, dosent Mahir Məhərrəmov tərəfindən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev haqqında məlumatlar yenilənərək redaktə olunmuş, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov haqqında yeni viki-səhifə yaradılmışdır.
Həmçinin sürünənlər sinfinə mənsub timsahlar dəstəsi və bu dəstəyə daxil olan alliqatorlar, qaviallardan bəhs edən yeni məqalələr virtual ensiklopediyada istifadəçilər üçün daha da əlçatan olmuşdur.