AMEA NAXÇIVAN BÖLMƏSİNİN ƏMƏKDAŞI MÜKAFATLANDIRILIB

20200429_130150 (1)

COVİD-19 pandemiyası səbəbindən təhsil müəssisələrində dərslər müvəqqəti olaraq dayandırılsa da, bölməmizin bəzi əməkdaşları nümunəvi dərslərə onlayn şəkildə davam edir, şagirdlərin distant müsabiqə və olimpiadalarda iştirakını təmin edirlər. Belə alimlərimizdən biri də AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır.
Əməkdaşımız məzunu olduğu E.Sultanov adına 7 №- li orta məktəbin X sinif şagirdi İlhamə Novruzovanın Rusiyada keçirilən Məktəblilərin IX Beynəlxalq “Elmə start” elmi-tədqiqat və yaradıcılıq işlərinin müsabiqəsində iştirakına dəstək olmuş və rəhbərliyi ilə yazılan “Kimya – həyatın melodiyası” adlı layihə may ayında Moskva şəhərində keçiriləcək müsabiqənin münsiflər heyəti tərəfindən qəbul olunmuşdur. Layihənin üç səhifəlik xülasəsi may ayının 10-da müsabiqənin elektron saytına yerləşdiriləcəkdir.
Vurğulayaq ki, artıq layihə müəllifləri və rəhbərləri 12-15 oktyabr tarixlərində Soçidə Rusiya Federasiyasının İşlər İdarəsi “DOQOMIS” də keçiriləcək yekun mərhələsində iştirak etmək üçün dəvət alıblar.
İlhamə Novruzova həmçinin aprel ayının 25-də kimya üzrə X siniflər arasında keçirilən “Kimyəvi elementlərin kəşfi tarixi” üzrə Beynəlxalq onlayn müsabiqədə iştirak etmişdir.
Uğurla təqdim edilmiş layihəyə görə Naxçıvan məktəblisi müsabiqənin qızıl medalı və diplomuna layiq görülmüş, elmi rəhbər Fizzə Məmmədova isə müsabiqənin qızıl medalı və fəxri fərmanı ilə təltif olunmuşdur.

20200429_130224 (1)