BÖLMƏMİZİN ƏMƏKDAŞI BEYNƏLXALQ DƏRƏCƏLİ DİPLOMA LAYİQ GÖRÜLÜB

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl Rusiya Federasiyası Elmi ictimai təşkilatının “Interclover-2020” beynəlxalq layihəsinin diplomuna layiq görülüb.

Tədqiqatçı alim 15 aprel 2020-ci il tarixdə Elmi-Tədqiqat və tədris-metodiki müəssisə əməkdaşlarının və ali məktəb müəllimlərinin iştirak etdiyi müsabiqəyə “Naxçıvan və Şərqi Anadolu dialekt və şivələrində sözyaradıcılığı problemi” adlı ingilis dilindəki monoqrafiyasını layihə şəklində təqdim edib.

Beynəlxalq müsabiqənin bu günlərdə açıqlanan nəticələrinə görə Zülfiyyə İsmayıl dilçilik və ədəbiyyatşünaslıq sahəsində II dərəcəli diploma layiq görülüb.

Naxçıvan Bölməsinin əməkdaşı II dərəcəli diploma layiq görülüb