GƏMİQAYA İLƏ BAĞLI ÇIXIŞ MARAQLA QARŞILANIB

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta Əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov Ukraynanın Kiyev şəhərində keçirilən Beşinci Taras Şevçenko Beynəlxalq Sosial Elmlər Konqresində iştirak edib.
Azərbaycan, Türkiyə, Gürcüstan, İtaliya, Fransa və digər ölkələrin alim və mütəxəssislərinin zoom proqramı ilə qatıldığı beynəlxalq tədbirdə Toğrul Xəlilov “Gəmiqaya rəsimlərinin yayılma arealı və semantikası” mövzusunda məruzə ilə çıxış edib.
Gəmiqayanın tarixindən və orada aparılan tədqiqat işlərindən danışan məruzəçi ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətinin birinci dövründən Gəmiqayada tədqiqatlar aparıldığını söyləyib. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 26 aprel 2001-ci il tarixli Sərəncamından bəhs edərək qədim abidənin öyrənilməsi və təbliğindəki əhəmiyyətini vurğulayıb. Həmin sənəddən sonra yerli və əcnəbi alimlərin iştirakı ilə Gəmiqayada təşkil olunan ekspedisiyalarda əldə edilən maraqlı nəticələri diqqətə çatdırıb.
Sonda Toğrul Xəlilov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.