Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

AMEA Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Rusiyanın “Muasir bağçılıq” nəzəri və elmi praktiki beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.
Bununla bağlı jurnalın baş redaktoru, professor Sergey Dmitriyeviç tərəfindən məktub ünvanlanıb.
Qeyd edək ki, Orxan Bağırov “Naxçıvan Muxtar Respublikasının çəyirdəkli meyvə bitkilərinin genefondunun qiymətləndirilməsi” mövzusu üzərində tədqiqatlar aparır. Onun elmi-tədqiqat işlərinin nəticələri ölkəmizlə yanaşı, xaricdə çap olunan bir sıra beynəlxalq jurnallarda işıq üzü görüb. Alimin mövzuya uyğun yazılan elmi məqalələri sözügedən jurnalın əvvəlki saylarında əksini tapıb.