Cəfərli Mahnur Möysün qızı

mahnurCəfərli Mahnur Möysün qızı 8 fevral 1981-ci ildə Naxçıvan MR, Babək rayon Vayxır kəndində anadan olmuşdur. 1999-2003- cü illərdə Naxçıvan Dövlət Universitetinin “ Təbiətşünaslıq” fakültəsinin Kimya ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2003-2005-ci illərdə həmin universitetin “Fiziki kimya” ixtisası üzrə magistratura şöbəsinin məzunu olmuşdur.
2009-cu ildə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun “Sorbsiya prosesləri” laboratoriyasında böyük laborant vəzifəsində işə başlamışdır. 2012- ci ildə AMEA Naxçıvan Bölməsinin qiyabi doktorantura şöbəsinin Fiziki-kimya ixtisasına daxil olmuşdur.
Dissertasiya mövzusu “Diaion CR-11, Dowex M-4195, KU-2×8 və KB-4p-2 ionitləri ilə məhlullardan Zn2+ və Pb2+ -ionlarının sorbsiyası” adlanır.
Hal-hazırda AMEA Naxçıvan Bölməsinin elmi işçi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.