Naxçıvan Bölməsinin 2019-cu ilin biblioqrafıq göstəricisi işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində çalışan əməkdaşların 2019-cu ilin iş planına uyğun olaraq elmi fəaliyyətlərinin işıqlandırıldığı biblioqrafik göstərici nəşr olunub.
Bölmənin sədri, akademik İsmayıl Hacıyevin təşəbbüsü və layihə rəhbərliyi ilə 2017-ci ildən etibarən işıq üzü görən vəsaitdə əməkdaşların Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında və xarici ölkələrdə çap olunmuş monoqrafiyaları, kitabları, jurnallarda, toplularda, dövrü mətbuatlarda dərc edilmiş elmi məqalələri, o cümlədən internet resursları əksini tapıb. Nəşrdə müəlliflərin və əsərlərinin əlifba göstəriciləri yer alıb.
Qeyd edək ki, 2019-cu ildə bölmə əməkdaşlarının elmi nəticələrinə əsasən, 18 monoqrafiya, 10 kitab, bir kitabça, 3 metodik vəsait, 774 elmi məqalə, 7 tezis olmaqla, 813 elmi əsər işıq üzü görüb. Elmi məqalələrin 93-xaricdə olmaqda 445-i beynəlxalq nüfuzlu elmi jurnallarda çapdan çıxıb.
Biblioqrafik göstəricidə, eyni zamanda bölmə əməkdaşlarının 2016-2019-cu illərdə ölkədə və xaricdə işıq üzü görmüş monoqrafiya, kitab və məqalələrinin statistik məlumatları da cədvəl vasitəsilə oxucuların ixtiyarına verilib.