“Naxçıvan Muxtar Respublikası: dayanıqlı inkişaf, uğurlar, perspektivlər”
beynəlxalq konfrans

Hörmətli elm adamları! AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə 2020-ci il iyul ayının 30-da “Naxçıvan Muxtar Respublikası:dayanıqlı inkişaf, uğurlar, perspektivlər” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcəkdir.

Beynəlxalq konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaqdır.

  1. Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi vəziyyət (1991-1993)
  2. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı (1991-2020)
  3. Naxçıvan Muxtar Respublikasının beynəlxalq iqtisadi əlaqələri
  4. Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı
  5. Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı
  6. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında elmin, təhsilin,
    mədəniyyətin inkişafı

Konfransın elanı, mövzu başlıqları və istiqamətləri ilə ameanb.nakhchivan.az saytında, AMEA Naxçıvan Bölməsi facebook və amea_naxcivan_bolmesi instaqram səhifələrində tanış ola bilərsiniz. Konfransda iştirak üçün məruzə mətninin qabaqcadan göndərilməsi əsasdır. Beynəlxalq konfransda iştirak etmək istəyənlərin qısa tərcümeyi-halı məruzəsinin tam mətni ilə birlikdə 20 iyul 2020-ci il tarixədək ameanaxcivanbolmesi@gmail.com ünvanına göndərilməlidir.
Beynəlxalq konfransa dair əlavə məlumat almaq üçün
+994 036 544 09 64;
+994 36 545 16 80;
+994 51 687 12 48;
+994 55 346 05 66 nömrələri ilə əlaqə saxlamaq olar.
QEYD: Konfransa təqdim olunan məruzə mövzularının adı 15 iyul 2020-ci il tarixədək Təşkilat Komitəsinə təqdim olunmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsi