Əliyeva Nurlana Vasif qızı

nurlanaƏliyeva Nurlana Vasif qızı 22 iyul 1986-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2004-2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Tarix-filologiya” fakültəsinin Tarix ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. 2010-2013-cü illərdə həmin universitetin “Türk dünyası tarixi” ixtisası üzrə magistratura şöbəsinin məzunu olmuşdur. 2011-ci ildə AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qafqaz tarixi” şöbəsində böyük laborant vəzifəsində işə başlamışdır. 2014-cü ildə AMEA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun qiyabi aspiranturasına daxil olmuşdur.
Hal-hazırda AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz tarixi şöbəsində kiçik elmi işçi vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir.